sudan İstifadə edənlər Birliyi

İstifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi forması

subvensiya
suların zərərli təsiri
OBASTAN VİKİ
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. == Tarixi == Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. == Tarixi == Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib. 1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına rəğmən e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Sudan Respublikası
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudan bayrağı
Sudan bayrağı — Sudanın Dövlət bayrağı
Sudan etirazları
Sudan etirazları — 2018-ci il dekabrın 19-dan Sudanın bir çox şəhərlərində, çörəyin qiymətinin qalxması, yaşayış xərclərinin artması və ölkədə vəziyyətin pisləşməsi əlehinə başlayan etiraz aksiyaları. Hökumət etirazların süni xarakter daşıdığını və bu işdə İsrailin əlinin olduğunu bəyan edir. 11 aprel 2019-ci ildə Sudanda baş vermiş hərbi çevriliş nəticəsində Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılmışdır. == Səbəblər == Ölkədə çörəyin qiymətinin qalxması ilə etirazlar baş qaldırmışdır. Bir neçə həftə ərzində şəhərlərdə çörək qıtlığı yaşanmış, çörək bişirilən yerlərdə növbələr yaranmışdır. Ölkədə mal çatışmamazlığı və qiymətlərin qalxması 70 faizlik infilyasiyadan sonra baş verir. Milli valyutada artıq dəyədən düşür və devalivasiya 80 % təşkil edir. Sərt iqtisadi tədbirlərin görülməsi xalq arasında etirazlara səbəb olur. İqtisadi problemlər hətta 2017-ci ilin oktyabrında ABŞ sanksiyalarının aradan qaldırılmasından sonra belə səngiməmiş, əksinə alovlanmışdır. Ölkədə korrupsiya isə yüksək olaraq qalır (Transparency International təşkilatının rəsmi məlumatına əsasən 180 ölkə arasında 170 yer) və Cənubi Sudanın müstəqillik əldə etməsi ilə neft yataqlarının 4-də 3 itirməsi onun iqtisadiyyatına mənfi təsir göstərir.
Sudan keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Şimalı Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudan Kitabxanası
Sudan Kitabxanası — Xartum Universitetinin kitabxanasının bir bölməsidir. Sudanın milli kitabxanası kimi xidmət edir və eyni zamanda universitetin tədqiqat kitabxanasıdır. 1966-cı ildə qanuni depozit aktının qüvvəyə minməsindən bəri bütün Sudan nəşrlərinin xəzinəsidir Kitabxana həmçinin Sudanlı müəlliflərin əsərlərini və Sudan haqqında xaricdə nəşr olunan əsərləri toplayır. Onun kataloqu retrospektiv milli biblioqrafiyanı təmsil edir. 2018-ci ildə kitabxana Sudan Yaddaş Layihəsinə ilk töhfə verənlərdən biri oldu.
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
Azərbaycan–Sudan münasibətləri
Azərbaycan–Sudan münasibətləri — Azərbaycan Respublikası ilə Sudan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyul ayının 25-də qurulmuşdur.
Cənubi Sudan Respublikası
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. == Tarixi == Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Cənubi Sudan bayrağı
Cənubi Sudan bayrağı — Cənubi Sudan hökumətinin bayrağı.
Cənubi Sudan funtu
Cənubi Sudan funtu (ISO 4217 : SSP) - Cənubi Sudanda istifadə edilən rəsmî pul vahididir. Cənubi Sudan Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cənubi Sudan funtu piastreyə bərabərdir. 8 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cənubi Sudan funtu = 0.164745 ABŞ dolları.
Cənubi Sudan şəhərləri
Cənubi Sudanın şəhərlərinin siyahısı.
Sudan su keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Sudan vulkanlarının siyahısı
Sudan ərazisində son min il ərzində bir dəfə də olsun püskürməyən 5 aktiv və sönmüş vulkan vardır..
Sudan–Türkiyə münasibətləri
Türkiyə–Sudan münasibətləri — Türkiyə Respublikası ilə Sudan arasındakı ikitərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == Osmanlının Sudanı fəthi 1821-ci ildə başlayır. Sudan ərazisi əyalat olaraq Misirin bir hissəsi, daha sonra isə Misir xədivliyinin bir hissəsi olur. == Siyasi münasibətlər == Türkiyə Sudanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Xartumdakı Türkiyə səfirliyi, Sudan müstəqillik qazandıqdan dərhal sonra, 1956-cı ildə açılır. 2017-ci ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanı ziyarət edir. Bu Sudan müstəqillik əldə etdikdən sonra Türkiyə başçısının Sudana ilk səfəri olur. Səfər zamanı Suakin adasının 99 il müddətinə Türkiyəyə verilməsinə dair bir razılaşma da daxil olmaqla bir neçə mühüm sənəd imzalanır.
Bolqarıstan–Sudan münasibətləri
Bolqarıstan–Sudan münasibətləri — Bolqarıstan Respublikası ilə Sudan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstan və Sudan arasında diplomatik əlaqələr 1 iyul 1956-cı ildə qurulmuşdur. 1967-ci ildə Bolqarıstan Xartuma ilk Bolqarıstan səfirini göndərmişdir. Bolqarıstanın Xartumdakı səfirliyinin fəaliyyəti 1990-cı ilin aprelində dayandırılmış, daha sonra 2005-ci ilin martında bərpa edilmişdir. 2006-cı ildə Bolqarıstanın Sofiya şəhərində Sudanın Baş Konsulluğu səfirlik rütbəsinə yüksəldilmişdir. == Tarixi == Bolqarıstan Sudanın müstəqilliyini tanıyan (1956-cı ildə) ilk ölkələrdən biri olmuşdur və bu zaman diplomatik əlaqələr qurulmuşdur. İki ölkə sənaye və kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq etmişdilər. Bolqarıstandan olan pilotlar Sudanın pambıq təsərrüfatlarına kömək etmək üçün hər il əkinlərin tozunu təmizləyirlər. 2002-ci ilin aprelində Xartumda Bolqarıstan və Sudan hökumətləri arasında ticarət sazişləri imzalanmışdır. Sudandan Bolqarıstandakı baş konsulu Abdullahi Həməd Azreqin sözlərinə görə, 1950-ci ildən 1990-cı illərə qədər Sudandan olan altı min tələbə Bolqarıstan universitetlərində təhsil almışdır.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Avropa Birliyi
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. == Əsas təsis sənədləri == 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi == Tarix == Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Erfurt Birliyi
Erfurt Birliyi — Prussiya kralı tərəfindən Erfurtda təklif edilən və alman dövlətlərinin federasiyada birləşməsini nəzərdə tutan plan. Erfurt Birliyi Parlamentinə malik idi və 1850-ci ilin 20 martından 29 aprelə qədər mövcud olmuşdur. Birlik Erfurtdakı keçmiş Avqustiniyan monastırında fəaliyyətə başlamışdı. Birlik heç vaxt təsirli ola bilmədi və Avstriyanın təzyiqi ilə 1850-ci ilin 29 noyabrında Olmütz punktasiyası ilə sonlandırıldı. Olmütz punktasiyası bəzən "Olmütz alçaltması" da adlandırılır. == Birliyin konsepsiyası == 1848-ci il inqilabları Avstriyanın hegemon olduğu Alman Konfederasiyasının çökməsi ilə nəticələndi. Frankfurt Məclisi alman dövlətləri çoxluğu üçün konstitutsiya hazırlamaq istəyirdi. Lakin Məclis Prussiya kralı IV Fridrix Vilhelmin alman tacını rədd etməsindən sonra fəaliyyətini davam etdirə bilmədi. Prussiya hökuməti general Jozef Mariya fon Radovitzin planı əsasında alman dövlətlərini Hohensollernlərin təsiri altında birləşdirmək üçün yaranmış fürsəti dəyərləndirmək qərarına gəldi. Eyni zamanda, IV Fridrix Vilhelm xalqın konstitutsiya tələblərini və birləşmiş Almaniyanın rəhbəri olmağı qəbul etdi.
Kalmar birliyi
Kalmar Birliyi (Dat., Nor., İsveç. Kalmarunionen) — Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi (1397–1523). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. == Birliyin qaynaqları == Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII–XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.